Dastanda ölkə, məmləkət, mahal, əyalət, ərazi mənasında işlənir. (“Koroğlu” dastanının lüğəti)
Müasir dildə “böyük inzibati ərazi bölgüsü” mənasını verir.
Koroğlu üç gün, üç gecə at sürüb, gəlib kürdüstanlı Əhməd xanın vilayətinə çıxdı. (“Koroğlunun Dərbənd səfəri”)
*
Elçilər Cəlalı Koroğludan soruşdular ki, burada yurd salmaqda məqsədi nədi? Şahın sarayı filan yerdədi, nə sözün varsa, gedib ona deyə bilərsən. Yoxsa şahın vilayətini dağıtmaq istəyirsən?! (Paris nüsxəsi, 2-ci məclis)
*
Koroğlunun Xacə Yaqub adlı siqə tacir qardaşlığı var idi. Xacə Yaqub bütün vilayətləri gəzmişdi. Hər yerdən Koroğluya xəbər gətirirdi. (Paris nüsxəsi, 3-cü məclis)